İbrahim Tatlısəsə həbs cəzası istənilib

31

Türkiyə musiqisinin imperatoru İbrahim Tatlısəsin “Tatlıses TV”də baş direktor çalışmış Fulya Akbay Toprakı təhdid və təhqir etməsi iddia olunub. Bu səbəbdən Tatlısəsə 4 ilə qədər həbs istənilib.

mobilmedia.az xəbər verir ki, məhkəmə Tatlısəsə təhqirə görə 740 TL pul cəzası, təhdidə görə isə 2 ay 15 gün həbs cəzası verilməsinə qərar verib.

Daha əvvəl Toprakın vəkili Şeyda Yıldırım şikayət vəsatətində bunları yazmışdı: “İbrahim Tatlısəs mənim müştərimə öz mobil telefonundan təhqiramiz mesajlar göndərib. Biz istəyirik ki, onu cəzalandırsınlar”.

İstintaq zamanı ifadə verən İ. Tatlısəs isə bunları demişdi: “Şirkət işlərini şikayətçi Fulya Akbay Toprakla digər əməkdaşlara həvalə etmişdim. Amma şirkətdə pozuntuların olduğunu öyrəndim. Onları işdən çıxartdım. Bu mesajlar mənə aid deyil”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin