Zelenski: “Bayden Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyib”

30

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, amerikalı həmkarı Cozef Bayden Ukraynanın NATO üzvü olması cəhdini dəstəkləyir.

mobilmedia.az xəbər verir ki, Ukrayna rəhbərinin bu qərarın təkcə Birləşmiş Ştatlardan asılı olmadığını bildirib.

“O dedi: “Mən düşünürəm ki, siz orada (NATO-da-red) olmalısınız, amma bu yalnız məndən asılı deyil”, — Zelenski qeyd edib.

Daha əvvəl Zelenski bildirib ki, Ukrayna ABŞ-dan NATO-ya üzvlüklə bağlı birbaşa cavab almayıb.

Bu halda Ukrayna lideri hesab edir ki, rəsmi Kiyev Amerikaya etibar edə bilər, çünki iki dövlətin hazırkı münasibətləri başqa səviyyədədir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin