
Qubada “Soyqırımı Memorial Kompleksin”də “XX əsr Türk-Müsəlman Soyqırımları, Bakının Qafqaz İslam Ordusu tərəfindən Qurtuluşundan Qarabağ Zəfərinə Azərbaycan-Türkiyə münasibətləri” adlı elmi simpozium keçirilib.
mobilmedia.az xəbər verir ki, simpoziumun keçirilməsinin əsas məqsədi regionda elm və tarixin inkişafına dəstək olmaq, XX əsr soyqırımı həqiqətlərini bir daha araşdırmaq, Azərbaycan Xalq Cümhuriyyəti və Türkiyə-Azərbaycan dostluğunun tarixini, 44 günlük vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərimizi böyük fəxr və qürurla dünya ictimaiyyətinə çatdırmaq və bu sahədə araşdırma aparan alim və tədqiqatçıları bir araya gətirməkdir.
Abu Turabov












