“Əfqanıstanda 10 milyon uşaq humanitar yardıma möhtacdır” – BMT

27

Əfqanıstanda 10 milyon uşağın humanitar yardıma ehtiyacı var.

mobilmedia.az xəbər verir ki, bu barədə BMT-nin uşaqlarla bağlı fondu UNICEF-in direktoru Henrietta For tviter səhifəsində yazıb.

Bildirilib ki, UNICEF Əfqanıstanda humanitar yardım fəaliyyətlərini davam etdirir.

“Bizim məqsədimiz Əfqanıstandakı bütün uşaqların hüquqlarının realizasiyası və qorunmasıdır. Bu gün təxminən 10 milyon uşaq humanitar yardıma möhtacdır. 1 milyona yaxın uşaq müalicəsizlikdən ölə bilər”, – qeyd edilib.(report)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin