Bakıda iki avtomobil toqquşub: yaralılar var

23

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

mobilmedia.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişinlər – 1991-ci il təvəllüdlü Filmanova Gülzar Fərhad qızı və 1999-cu il təvəllüdlü Xankişiyev Fərhad Rəşid oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin