
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) istiqamətində səyahət planlaşdıran sərnişinlərə müraciət edib.
AZAL-dan verilən məlumata görə, müraciətdə deyilir:
“BƏƏ-yə yola düşən Azərbaycan vətəndaşları, uçuşdan əvvəl 72 saat ərzində alınmış PCR test arayışını təqdim etməklə yanaşı, Dubaya gəliş zamanı daha bir koronavirus testindən keçməli olacaqlar. Sözügedən test BƏƏ səlahiyyətliləri tərəfindən pulsuz olaraq həyata keçirilir”.




