Ucarda yol qəzası: ər-arvad yaralandı

26

Ucarda yol-nəqliyyat hadisəsi baş verib. 

mobilmedia.az-ın məlumatına görə, Bakı şəhər sakini 1961-ci təvəllüdlü Məlikov Şahid Şakir oğlu idarə etdiyi 10 EB 920 dövlət qeydiyyatı nişanlı “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarına aşıb.

Qəza zamanı sürücü Ş. Məlikov və həyat yoldaşı 1967-ci il təvəllüdlü Məlikova Mətanət Ənvər qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin