Ceyms Bondun oğurlanmış avtomobili tapılıb

27

“Art Recovery International” bərpa şirkətinin baş direktoru Kristofer Marinello Ceyms Bondun oğurlanmış avtomobilini aşkar edib.

mobilmedia.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Məlumata görə, Aston Martin DB5 avtomobili 1997-ci ildə Floridada oğurlanıb. O, Şon Konnerinin iştirakı ilə superxəfiyyə barəsindəki bir sıra filmlərdə istifadə olunub.

Şəxsi kolleksiyalardan birində saxlanılan avtomobilin hazırki qiyməti 15 milyon dollar səviyyəsində dəyələndirilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin