Şəhriyar Məmmədyarov mübarizəyə başlayır

28

Avqustun 17-də ABŞ-ın Sent-Luis şəhərində Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovun da qatılacağı “Grand Chess Tour” şahmat seriyasının beşinci mərhələsi olan Sinkfild kuboku turniri start götürəcək.

mobilmedia.az xəbər verir ki, klassik şahmat üzrə keçiriləcək yarışda ümumilikdə 10 qrossmeyster – ABŞ təmsilçiləri Uesli So, Ceffri Şonq, Fabiano Karuana, Samuel Şankland, Dariuş Sverş, Lenyer Dominqes, fransalı Maksim Vaşe-Laqrav, rusiyalı Petr Svidler və macarıstanlı Riçard Rapport iştirak edir.

Turnirin mükafat fondu 325 min dollardır. Onun 90 min dollarını qalib qazanacaq.

Xatırladaq ki, Ş.Məmmədyarov seriyanın birinci mərhələsi “Superbet Chess Classic Romania”ın qalibi olub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin