Göyçayda yol qəzası: ölən və yaralananlar var

39

Göyçay rayonunda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay-Bərgüşad yolunun Cəyirli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ-21011” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ağır xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onlardan biri xəstəxanada ölüb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin