Sabirabadda yol qəzası: 1 ölü

27

Sabirabad rayonunun Bala Həşimxanlı kəndi ərazisində “Mercedes” markalı minik avtomobili su kanalına düşüb. FHN-in əməkdaşları avtomobili su kanalından çıxarıb və içərisində aşkarlanan 1981-ci il təvəllüdlü Mirzəyev Elman Nizam oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı hazırda Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Məhkəmə-tibb ekspertinin iştirakı ilə meyit müayinə olunarkən üzərində xəsarət və ya xəsarət izləri aşkar edilməyib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin