Şamaxıda restoran sahibi 4000 manat cərimələnib

26

mobilmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı rayonun Dədəgünəş kəndində yerləşən “Zirvə” restoranında karantin qaydalarının pozulması halları aşkarlanıb.

Obyektə baxış zamanı orada təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi, eləcə də iştirak edən qonaqların müəyyən edilən say həddindən artıq olduğu məlum olub. Aşkarlanmış qayda pozuntuları ilə bağlı restoranın sahibi Müşfiq Məmmədov inzibati məsuliyyətə cəlb edilərək 4 min manat cərimələnib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin