Bakıda 13 yaşlı qız intihara cəhd edib

27

Bakıda intihara cəhd hadisəsi baş verib.

mobilmedia.az-ın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü A.V özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb. Yaralı ağır vəziyyətdə təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və daxili qanaxma diaqnozu qoyulub.

Yeniyetmənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin