Türkiyədə ilk yük PUA-sı sınaqdan keçirilib

31

Türkiyədə yerli istehsal olan ilk yük pilotsuz uçuş aparatının (PUA) sınaqları keçirilib.

mobilmedia.az xəbər verir ki, KARGO-150 çoxpərli PUA 50 dəqiqə müddətində 150 kiloqramadək yük daşımaq gücündədir.

PUA “Aselsan” və “Altınay Savunma” şirkətləri tərəfindən istehsal olunub. KARGO-150 40 kilometr məsafəyə yükü çatdırıb geri dönə bilir.

Qeyd olunub ki, KARGO-150-nin yüklə birgə ağırlığı 730 kiloqrama çatır. Aparatın uçuş sürəti 100 kilometr/saata çatır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin