Cəlilabadda “patı” satanlar saxlanılıb

24

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Z.Ağayev və V.Qurbanov saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin