
Avqustun 5-dən 20 ölkənin vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir.
mobilmedia.az xəbər verir ki, Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Qərar imzalayıb.
Qərara əsasən, 2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir:
– Almaniya Federativ Respublikası;
– Avstriya Respublikası;
– Belçika Krallığı;
– Çexiya Respublikası;
– Danimarka Krallığı;
– İrlandiya Respublikası;
– İspaniya Krallığı;
– İsveç Krallığı;
– İsveçrə Konfederasiyası;
– Kanada;
– Lüksemburq Böyük Hersoqluğu;
– Malta Respublikası;
– Niderland Krallığı;
– Polşa Respublikası;
– Portuqaliya Respublikası;
– Serbiya Respublikası;
– Sinqapur Respublikası;
– Sloveniya Respublikası;
– Slovakiya Respublikası;
– Yunanıstan Respublikası.




