Tokio-2020: Azərbaycanın daha bir güləşçisinin rəqibi müəyyənləşib

28

Avqustun 3-də Tokio-2020 Yay Olimpiya Oyunlarında güləş üzrə daha 3 çəki üzrə mübarizəyə start veriləcək.

mobilmedia.az-ın məlumatına görə, bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib.

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov (87 kq) ilk mərhələdə kubalı Daniel Heçavarria ilə qarşılaşacaq. Abbasov bu görüşdə qalib gəlsə, 1/4 finalda Kiril Maskeviç (Belarus) – Məhəmməd Metvalli (Misir) qarşılaşmasında üstün olan güləşçi ilə üz-üzə gələcək.

Qeyd edək ki, 87 kq çəkidə qarşılaşmalar Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin