Cəlilabadda yük maşını aşıb: 1 ölü, 1 yaralı

29

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

mobilmedia.az-ın məlumatına görə, hadisə Zəhmətabad kəndində qeydə alınıb.

Yardımlı rayonunun Zevin kənd sakini, 1980-ci il təvəllüdlü Çingiz Niyaz oğlu Tağıyev idarə etdiyi “QAZ-69” markalı yük avtomobilini yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb. Hadisə zamanı avtomobildə olan sərnişin, 1990-ci il təvəllüdlü Tağıyev Sadəddin Telman oğlu isə müxtəlif xəsarətlər alıb. O, Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Fakt araşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin