Şəhidin bank kartından pul oğurlandı

28

İyulun 26-da Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edən Göyçay rayon sakini Ş.Qafarova cari il fevral ayının 28-də oğlu, şəhid Kənan Qafarovun bank kartından 3 960 manat pulun çıxarılaraq oğurlandığını bildirib.

mobilmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin