PSJ rəsmən çempion elan edildi

43

Koronavirus pandemiyası səbəbindən Fransa Liqa 1-də mövsümün vaxtından əvvəl başa çatması qərara alınmışdı.

Fanat.Az xəbər verir ki, turnir cədvəlinin lideri PSJ erkən bitən mövsümün çempionu elan ediləcək “L’Equipe” nəşrinin baş redaktorunun müavini Joel Domeniqetti tvitter hesabında bu barədə məlumat paylaşıb:

“Çempionat başa çatdı. Turnir cədvəlindəki yerlər sabitdi. PSJ Liqa 1-in çempionudu”.

Bu, Paris klubunun 9-cu ölkə çempionluğu olacaq.

Qeyd edək ki, PSJ ən yaxın izləyicisi “Marsel”i 12 xal qabaqlayırdı.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin