
Müğənni Vüqar Muradov Qax rayon icra başçısı Musa Şəkiliyevdən şikayət edib.
mobilmedia.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək, rayon camaatının problmelərindən danışıb:
“Musa Şəkiliyev, ya Qax camaatına dəyər ver, problemlərini həll et, şəhidin ailəsinə, qazilərə sahib çıx, ya da tutduğun vəzifədən get. Oğullarını müharibədə gizlətdin, amma Sadiq canını qoydu vətən uğrunda. Yataqxanada yaşayan 3 uşağı qalan şəhid polkovnik Sadiq Məmmədovun ailəsinə deyib ki, “Əvvəl necə kasıb yaşamısız, indi də elə yaşayın”.



