Abşeronda avtomobil betona çırpılıb: 1 yaralı

28

Abşeron rayonu, Saray qəsəbəsi istiqamətində gedən yolda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

mobilmedia.az bildirir ki, avtoqəza sürücünün yüksək sürətlə avtomobili idarə etməsi səbəbindən baş verib.

“BMW” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirib. Bu səbəbdən avtomaşın beton arakəsməyə çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb.

Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.(apa)

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin