
“Şagirdlərə dərs proqramı bu və ya digər formada çatdırılırsa, dərs ilinin uzadılmasına ehtiyac yoxdur. Yəqin ki, tədris ili vaxtında başa çatacaq”.
mobilmedia.az azvision.az-a istiandən xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, proqramlar onlayn şəkildə şagirdlərə çatdırılır: “Teledərslərlə şagirdlərin proqramda olan boşluqlarını aradan qaldırmaqla tədris ilini vaxtında yekunlaşdıracağıq. Şagirdlərin evdə işləyib-işləmədiyini bilmirik. Burada məsuliyyət valideynin üzərinə düşür”.



