Hövsan Yaşayış Kompleksində 307 güzəştli mənzilin seçimi başa çatıb

38

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) növbəti layihəsi – Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 13, 4 saylı binası üzrə 36, 5 saylı binası üzrə 87, 6 saylı binası üzrə 30, 7 saylı binası üzrə 77, 8 saylı binası üzrə 16, 9 saylı binası üzrə 16, 10 saylı binası üzrə 16 və 11 saylı binası üzrə 16 mənzilin, ümumilikdə 307 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə 1 iyul 2021-ci il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.

mobilmedia.az-ın məlumatına görə, bu barədə MİDA-ya istinadən xəbər verir.

Ölkə prezidentinin 24 may 2017-ci il tarixli 1418 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq satışa çıxarılan 307 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə bərabər şəraitdə etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində həyata keçirilib. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə etmiş şəxslərin sayı 19 142 nəfərdir.

Bugünkü satış zamanı 307 mənzilin seçimində iştirak edənlərin sayı 1 150 nəfər olub. Bu saata olan məlumata görə seçilmiş 307 mənzilin 245-i vətəndaşlar tərəfindən uğurla imzalanaraq ərizələri təqdim edilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin