“Bobbi”nin ulduzu xəstəlikdən öldü

52

Məşhur hind aktyoru Rişi Kapur Mumbayda vəfat edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 67 yaşlı sənətçinin qardaşı Randhir Kapur məlumat yayıb.

Bildirilir ki, 2018-ci ildən xərçənglə mübarizə aparan Rişi xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, aktyora uğur gətirən filmi “Bobbi” olub. O, sonuncu dəfə “Netflix” üçün lentə alınan “Bədən” adlı ekran işində rol alıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin