Putindən Qarabağ açıqlaması: “Şərait yaradacağıq”

25

“Heç kəs Qarabağda böhranın daha da böyüməsində maraqlı deyil”.

mobilmedia.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin onlayn brifinq zamanı deyib.

“Rusiya bu ciddi böhranın həllində müəyyən bir rol oynayıb. Dostluq şəraitində yaşasaq, yalnız insanların təhlükəsizliyi sahəsində deyil, həm də sosial sahədə həyatın normallaşdırılması üçün şərait yaradacağıq. Silahlı qarşıdurmanın yenidən başlayacağı narahatlığı ilə yaşamaq mümkün deyil”, – o bildirib.

Putinin sözlərinə görə, hələ də infrastrukturun bərpası, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı məsələlər qalır: “İndi bunun üzərində iş gedir, üçtərəfli işçi qrup yaradılıb. Bölgədə normal münasibətləri bərpa etmək üçün hər şeyi edəcəyik”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin