Güləşçimiz Avropa çempionu oldu

28

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanıb.

mobilmedia.az-ın məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Moldova təmsilçisi Stanislav Novakla üz-üzə gəlib.

Rəqibinə 7:0 hesabı ilə qalib gələn Bayramov Avropa çempionu olub.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi finala yüksəlib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin