Bankların dollara tələbi aşağı olub

27

Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

mobilmedia.az bu barədə AMB-yə istinadən xəbər verir.

Qeyd edək ki, ABŞ dollarına tələb iyunun 24-nə nisbətən 11,2 milyon ABŞ dolları və ya 14,53 % azalaraq 77,1 milyon ABŞ dolları təşkil edib və tam ödənilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Xatırladaq ki, ABŞ dollarına tələb iyunun 24-də əvvəlki hərraca nisbətən 4 milyon ABŞ dolları və ya 6,46 % artaraq 65,9 milyon ABŞ dolları olub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin