Çörçilin çəkdiyi rəsm əsəri 1,8 milyon dollara satılıb

29

Böyük Britaniyanın sabiq baş naziri Uinston Çörçilin (1874-1965) çəkdiyi rəsm əsəri Nyu-Yorkda keçirilən auksionda 1,8 milyon ABŞ dollarına satılıb.

mobilmedia.az xəbər verir ki, bu barədə “Phillips” auksion evinin saytında məlumat dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, rəsm əsəri 1921-ci ilin yayında çəkilib. Şəkildə kiçik ingilis şəhərciyinin yaxınlığında meşə və su ilə dolu xəndək təsvir olunub.

Rəsm əsəri əvvəllər yunan iş adamı Aristotel Onassisin (1906-1975) kolleksiyasında saxlanılırmış.

Xatırladaq ki, mart ayında U.Çörçilin başqa bir əsəri “Christie’s” auksion evində 11,6 milyon ABŞ dollarına satılmışdı. Həmin rəsmi ABŞ aktrisası Angelina Coli satışa çıxarmışdı.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin