Rusiyanın daha bir şəhərindən Bakıya uçuşlar olacaq

32

Rusiyanın “S7 Airlines” aviaşirkəti iyulun 3-dən başlayaraq Vladiqafqazdan Bakıya uçuş proqramına başlayacaq.

mobilmedia.az xəbər verir ki,  uçuşlar həftədə bir dəfə şənbə günləri həyata keçiriləcək.  Vladiqafqazdan uçuş saat 18:00-da, Azərbaycana yerli vaxtla saat 20:15-də eniş olacaq. Geriyə uçuş Bakıdan saat 16:00-da həyata keçiriləcək və 16:25-də təyyarə Rusiyada Şimali Osetiyaya çatacaq.

Uçuşlar aviaşirkət tərəfindən oktyabrın sonunadək planlaşdırılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin