
Türkiyədə “Eren-11” əməliyyatı çərçivəsində 2 terrorçu məhv edilib.
mobilmedia.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, “Eren-11” əməliyyatı çərçivəsində Bitlis Hizan ərazisində keçirilən əməliyyatlar zamanı 2 terrorçu zərərsizləşdirilib.
“Terrorçulara qarşı əməliyyatlar davam edəcək”, – məlumatda bildirilir.



