Nazir: “Vergi daxilolmaları üzrə proqnoz tapşırığına 127 % əməl edilib”

28

“İqtisadi inkişafa stimul yaradan mütərəqqi vergi sisteminin tətbiqi müsbət nəticələr verir”.

mobilmedia.az xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviitter hesabında yazıb.

“Bu ilin yanvar-may aylarında dövlət büdcəsinə vergi daxilolmaları 3,8 mlrd manatdan çox olub. Daxilolmalar üzrə proqnoz 127,1 % icra edilib.

Artım əsasən qeyri-neft-qaz sektorunun hesabınadır. Bu sahə üzrə daxilolmalar 2 mlrd 754 mln manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471,8 mln manat ödənilib”, – deyə nazir əlavə edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin