Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalanıb

27

İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

mobilmedia.az-ın məlumatına görə, Şuşa Bəyannaməsini Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin