Azərbaycanda bu xidmətlərin dövriyyəsi 19 faiz azalıb

25

Bu ilin yanvar-may aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 19,3 % azalaraq 281,2 milyon manat olub.

mobilmedia.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,2 %-i hüquqi şəxslərin, 50,8 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 11,1 % azalaraq 136,6 milyon manat olub.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin