Azərbaycanlı rəssam Dubayda sərgi keçirib – Fotolar

28

Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərində yaşayan azərbaycanlı xanımlar qrup nümayəndəsi Luiza Baxmullayeva sərgi keçirib.

mobilmedia.az xəbər verir ki, Luiza Baxmullayeva Murad qızı 1992-ci ildə anadan olub. O, Quba şəhərində təhsil alıb. Artıq 7 ilə yaxındır ki, ailəsi ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərində yaşayır. Luiza Baxmullayeva BƏƏ Dubay şəhərində Uniconsious (Единодушный) adında sərgi keçirib. Bu sərgi Wim Bonjean adlı Belçika vətandaşının təşəbbüsü ilə keçirilib. O, Dubayda bir neçə mühüm layihəni uğurla həyata keçirib. Wim Bonjean gənc azərbaycanlı rəssamdan rəsm alıb və çox bəyənib. Buna görə də özü bu sərgini təşkil edib.

Luiza Baxmullayevanın dediyinə görə, bu sərgi qeyri-adi idi və tam olaraq onun aləminə bənzərdir, yeni texnologiya ilə hazırlanıb. Bu cür sərginin keçirilməsi onun xəyalı olub. O, istəyirdi ki, izləyicilər onun aləmini görsün. Sərgidə hər şey tam istədiyi kimi olub. Bu gün ailəsi, dostları və AzlinUAE nümayəndələri yanında olub. Luiza Baxmullayeva sərgidə iştirak edən hər kəs dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, sərgi bir ay ərzində davam edəcək.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin