“WhatsApp”da yeni funksiya işə salındı

42

“WhatsApp” proramı koronavirus pandemiyası ilə əlaqədar yeni funksiyasını işə salıb.

mobilmedia.az xəbər verir ki, proqramda qrup şəklində audio-video zənglərdə iştirak edəcək istifadəçi sayına qoyulan limit artırılıb. Bundan sonra qrupa dörd deyil, səkkiz nəfər qoşula bilər.

Bu funksiyanın aktivləşməsi üçün proqramı yeniləmək lazımdır.

Proqramın yaradıcıları yeniliyi koronavirus pandemiyasına görə insanların onlayn danışıqlara olan ehtiyacı ilə əlaqələndiriblər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin