Nazir Azərbaycan iqtisadiyyatının bərpasından yazdı

26

“Azərbaycan iqtisadiyyatının inamlı bərpası sürətlə davam edir”.

mobilmedia.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

“2021-ci ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4 faiz artaraq 908 milyon dollar təşkil edib”, – deyə, o bildirib.

Nazir qeyd edib ki, cari ilin ilk beş ayında ümumi ixrac əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,6 faiz artıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin