“Azərişıq” nümayəndəsi “Tərəqqi” medalı ilə təltif olunub – Fotolar

27

“Azərişıq” ASC-nin nümayəndəsi Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.

mobilmedia.az xəbər verir ki, Prezident İlham Əliyevin 2020-ci il 30 dekabr 2400 nömrəli Sərəncamı ilə Ağdam rayonu elektrik şəbəkəsinin Qaradağlı kənd 35/10 kv-lıq yarımstansiyasının növbətçi elektrik montyoru Quliyev Emin Şahin oğlu “Tərəqqi” medalı ilə təltif olunub.

Emin Quliyev 44 günlük Vətən Müharibəsi dövründə düşmənin Qaradağlı kəndini dayanmadan raket atəşinə tutmasına baxmayaraq, öz həyatını riskə ataraq çalışdığı elektrik yarımstansiyasında 24 saat fasiləsiz çalışmışdır. O, düşmənin atdığı raket zərbələri nəticəsində darmadağın olunmuş elektrik naqillərini raket zərbələri altında bərpa etmiş və nəticədə 11 kəndi və ərazidəki hərbi hissələri 24 saat elektriklə təmin etmişdir.

mobilmedia.az olaraq, Azərişıq” ASC-nin nümayəndəsi Emin Quliyevi təbrik edirik!

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin