Trampın hesabları bu tarixədək bağlı olacaq

27

ABŞ-ın sabiq Prezidenti Donald Trampın feysbuk və instagram hesabları 2023-cü ilə qədər açılmayacaq.

mobilmedia.az xəbər verir ki, bu barədə feysbuk platforması məlumat verib. Şirkətin saytındakı paylaşıma əsasən, Tramp yalnız “ictimai təhlükəsizlik riski” azaldığı təqdirdə 7 yanvar 2023-cü ildən sonra sosial media hesablarına qayıda biləcək.

Şirkət Trampın hesablarının həmin tarixə qədər ictimai təhlükəsizlik üçün risk olub-olmadığını yenidən nəzərdən keçirəcəyini qeyd edib: “Əgər ictimai təhlükəsizlik üçün hələ də ciddi bir risk olduğunu müəyyən etsək, məhdudiyyəti müəyyən bir müddətə uzadacağıq və bu risk azalana qədər yenidən qiymətləndirməyə davam edəcəyik”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin