Səmədağa Şıxlarov faciəvi şəkildə öldü

33

“Neftçi” klubunun veteran futbolçusu Səmədağa Şıxlarov dünyasını dəyişib.

mobilmedia.az xəbər verir ki, bu barədə Report-a Oqtay Abdullayev məlumat verib.

Onun sözlərinə görə, Şıxlarovu az öncə Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində Jeep markalı avtomobil vurub.

Şıxlarov hadisə yerindəcə keçinib. O, müayinə olunmaq üçün morqa aparılıb. O, Abdullayev veteranlar adından mərhumun ailəsinə baş sağlığı verib.