
Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərində yaşayan Azərbaycanlı xanımlar qrupu Respublika Gününü qeyd ediblər.
mobilmedia.az xəbər verir ki, Respublika Günü ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərində, Dubay şəhərində BƏƏ-də Azərbaycanlı qadınlar qrupu tərəfindən görüş keçirilib. Qeyd edək ki, Azerbaijani ladies in UAE” 9 Noyabr 2020 ildə t.ü.f.d ağız və üz-çənə cərrahiyyəsi üzrə Dr. Sabrin Əli Əzim təşəbbüs ilə yaradılıb. O, həmçinin Kəmalə Ceylinova tərəfindən yaradılan “Azerbaijani ladies Club”un üzvüdür. Dr. Sabrin Əli Əzim qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin “28 may – Respublika günü” münasibətilə təşkil etdiyi virtual konfransda iştirakı bayram abu-havasını ona yaşadıb. Onun məqsədi cavan nəsildə xaricdə yaşamaqlarına baxmayaraq, tariximizi yaşatmaqdır. “Biz xoşbəxt bir xalqıq ki, bu il bayramı artıq qalib bir xalq kimi keçirdirik”, – deyə “AzLin_uae” rəhbəri Aysel Məmmədova vurğulayıb. Xədicə Rzayeva AzLin_uae rəhbəri şübhəsiz qeyd etdi ki, xalqımız vətənpərvərdir və sonsuz birlik arzu edib.
Aytən Babakişiyeva Alshabibi, AzLin_uae rəhbəri qeyd etdi ki, bu tarixi günlər hər zaman keçirilməlidir ki, xaricdə bu gözəl anları soydaşlarımızla paylaşaq.
Tədbirdə iştirak edən xanımlar qeyd edib ki, bu cür tədbirlər xaricdə yaşayan soydaşlarımızı bir araya gətirməklə, öz dilimizdə danışmaq fürsəti yaradır və bu, çox mühümdür. Qeyd edək ki, bu tədbirdə Almaniya və Böyük Britaniya vətandaşlarıda iştirak edib.





