
“44 günlük Vətən müharibəsi zamanı Türkiyə dövləti və xalqı bizim yanımızda oldu. Bu tarixi köklərimiz təhsilə də öz töhfəsini verir”.
mobilmedia.az-ın xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.
“İnanırıq ki, sentyabr ayında şagirdlərimiz əyani şəkildə məktəbə qayıdacaq”, – nazir bildirib.
Nazir həmçinin əlavə edib ki, ilyarım ərzində 13 STEAM mərkəzinin Azərbaycanda istifadəyə verilməsi proqnozlaşdırılıb.




