“Ermənistan-Azərbaycan sərhədində baş verən insidentlər narahatlıq doğurur”

25

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistan-Azərbaycan sərhədində baş verənlərlə bağlı narahatlığını bildirib.

mobilmedia.az xəbər verir ki, A.Linde bu barədə öz tvitter səhifəsində yazıb.

“Bütün həll edilməmiş məsələlər sülh yolu ilə danışıqlar vasitəsilə həll olunmalıdır. ATƏT dialoq üçün əlverişli atmosfer yaratmaq məqsədilə etimad qurma tədbirlərində yardımçı olmağa və onları həyata keçirməyə hazırdır”, – ATƏT sədri qeyd edib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin