Gəncədə kişi keçmiş həyat yoldaşını qətlə yetirib

27

Gəncədə qətl hadisəsi baş verib.

mobilmedia.az-ın məlumatına görə, hadisə şəhərin Abbas Səhhət adlanan ərazisində, yaşayış binasının qarşısında qeydə alınıb. Həmin ünvanda 1984-cü il təvəllüdlü Amanov Qafar Cavanşir oğlu keçmiş həyat yoldaşı, 1990-cı il təvəllüdlü Amanova Günay Ağamir qızını bıçaqlayıb. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisəni törədən Amanov Qafar Cavanşir oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Gəncə Şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin