BƏƏ-nin Baş naziri Prezident İlham Əliyevə təbrik ünvanlayıb

43

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Məhəmməd bin-Rəşid Al Maktum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

mobilmedia.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı firavanlıq və tərəqqi arzu edirəm”.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin