Çempionlar Liqasına bilet satışı başlayıb

29

UEFA Çempionlar Liqasının finalı üçün azarkeş tutumunu təsdiqləyib.

mobilmedia.az-ın məlumatına görə, qitə futbol qurumu həlledici qarşılaşmanın yerli ictimaiyyət üçün bilet satışına start verib.

Portonun “Draqao” stadionunda “Mançester Siti” ilə “Çelsi” arasında baş tutacaq görüşə məhdud sayda tamaşaçı buraxılacaq. Finalçı iştirakçıların hər birinin azarkeşlərinə 6000 bilet ayrılıbsa, tribunalarda ümumilikdə 16 min 500 tamaşaçı qarşılaşmanı canlı izləyə biləcək.

Qeyd edək ki, “Mançester Siti” – “Çelsi” oyunu mayın 29-da keçiriləcək.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin