Zaqatalada əsgər özünü güllələyib

29

Zaqatalada hərbi hissədə intihar olub.

mobilmedia.az-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü İbrahim Quliyev silahdan atəş açaraq, özünü öldürüb.

Dövlət Sərhəd Xidmətindən (DSX) APA-ya faktı təsdiqləyiblər.

Bildirilib ki, DSX rəisinin göstərişi ilə müavini, Sərhəd Qoşunların komandanı, general-leytenant Araz Məmmədov hazırda həmin hərbi hissəyə ezam olunub, Hərbi Prokurorluğun əməkdaşları ilə birlikdə araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin