Bayram namazının vaxtı açıqlandı

27

Ramazan bayramı ilə əlaqədar Azərbaycanda bayram namazının qılınma tarixi məlum olub.

mobilmedia.az xəbər verir ki, bu barədə  Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.

O qeyd edib ki, Ramazan bayramı ilə bağlı olan təqvimə əsasən, mayın 13-də bayram namazı qılınacaq.

Qeyd edək ki, koronavirus pandemiyasına görə məscidlərə toplanmaq mümkün olmayacaq.

Azərbaycanda məscidlər bağlı olduğu üçün bu Ramazan bayramında camaat namazı onlayn qılınacaq.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin