Fikrət Qoca Birinci Fəxri xiyabanda dəfn ediləcək

30

Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq şairi Fikrət Qocanın dəfn ediləcəyi yer məlum olub.

AYB-nin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza  bildirib ki, mərhum I Fəxri xiyabanda torpağa tapşırılacaq.

“Xalq şairinin nəşi təxminən saat 15:00-16:00-da evindən götürüləcək”, – o deyib.

X.Rzanın sözlərinə görə, pandemiya şəraitinə görə mərhumla vida mərasimi keçirilməyəcək.

F.Qoca bu gün səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin