
Türkiyəli məşhur müğənni Yusuf Güney maraqlı açıqlamalar edib.
mobilmedia.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi astral səyahət etdiyini bildirib:
“Astral səyahətlə kosmosa gedib, gəlmişəm. Yəni, düşüncə gücü ilə bədəndən ruhu ayırıb, vaxt məhdudiyyətləri olmadan istənilən yerə gedə bilərsiniz. Məsələn, iki il əvvəl ayda su olduğunu söylədim, amma NASA bunu yeni elan etdi. Marsda yam-yaşıl möhtəşəm bir göl var və bunu da NASA yeni açıqlayıb. Ayın qaranlıq tərəfində isə hərbi baza var. Bunu kosmosdakı canlıların etdiyini söyləmişdim. NASA bir çox məlumatı məndən sonra izah edir”.



